İranın Xorasan-Rezavi əyalətinin Seraxs şəhərində neft emalı zavodunda partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, təmir olunan sexdə qaz sıxması partlayışa səbəb olub.

Faktla bağlı araşdırma aparılır.