Anjey Kaspşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etmək niyyətində olub. 

"Unikal" xəbər verir ki, rəsmi Bakı onun bu səfərinə ehtiyac görməyib, bunu vaxt itkisi hesab edərək razılıq verməyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib: "Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb".

***12:03

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik avqustun 22-dən Ermənistandadır.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığına əsasən, o, bu yaxınlarda Laçın dəhlizinə uzaqdan baş çəkib. Kaspşik Laçın dəhlizinə baş çəkmək və mövcud vəziyyət barədə məlumat vermək üçün əraziyə gedib. 

Ağarza Elçinoğlu