Özbəkistan prezidenti Şavkat Mirziyoyev böyük qızı Səidə Mirziyoyevanı özünə birinci köməkçi təyin edib.

“Unikal” xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Əziz Maqrupov da yenidən prezidentin köməkçisi təyin edilib.

Bundan başqa, Rövşən Quliyev yenidən prezidentin iqtisadi inkişaf üzrə müşaviri, Energetika Nazirliyinin sabiq rəhbəri Əlişir Sultanov isə prezidentin enerji təhlükəsizliyi üzrə müşaviri vəzifəsinə təyin edilib. Prezidentin aqrar inkişaf, konfessiyalar və millətlərarası münasibətlər üzrə müşavirləri postuna da təyinatlar olub. 

Bundan əvvəl Mirziyoyev Özbəkistan prezidenti administrasiyasının rəhbəri vəzifəsini ləğv edərək, bu vəzifəni tutan Sardor Umurzakovu xüsusi məsələlər üzrə müşavir təyin edib.

Nuranə Abbasova