Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə qalmaqda olan separatçı rejimin lideri Arayik Arutyunyan Qarabağdan qaçmağı planlaşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, Arutyunyan Qarabağdakı bizneslərini bir-bir ləğv edir. 

Daha əvvəl xəbər verdiyimiz kimi, terrorçuların liderinin böyük qızları artıq çoxdan Qarabağdan qaçıb. O, arvadı və kiçik qızı ilə qalıb. Bu gün səhər saatlarında Arutyunyanın arvadı da "iş"dən azad olunmaq üçün ərizə verib, kiçik qız isə əvvəllər oxuduğu "Stepanakert" məktəbini tərk edib.

Ağarza Elçinoğlu