Finlandiya prezidenti Sauli Niinistö hökumətin təklifi ilə Ukraynaya təxminən 94 milyon avro dəyərində 18-ci hərbi yardım paketinin göndərilməsini təsdiqləyib.

“Unikal” xarici mediaya isitnadən xəbər verir ki, Finlandiyanın müdafiə yardımının ümumi dəyəri təxminən 1,3 milyard avro təşkil edib. 

“Bu, Ukraynaya 18-ci dəfə hərbi texnikanın çatdırılması olacaq. İndiyədək təhvil verilmiş bütün hərbi texnika paketlərinin ümumi dəyəri təqribən 1,3 milyard avro təşkil edir”, - deyə Finlandiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Nuranə Abbasova