ABŞ Silahlı Qüvvələrinə məxsus F-18 qırıcısı San Dieqoda (Kaliforniya) Dəniz Piyadaları bazası yaxınlığında qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Pilotun taleyi və təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Qəza boş ərazidə baş verib.

Qeyd edək ki, F-18 1970-ci illərdə ABŞ-də hazırlanmış və bəzi Avropa ölkələrində xidmətdə olan daşıyıcı əsaslı qırıcı-bombardmançı təyyarədir.

Ağarza Elçinoğlu