Belarus lideri Aleksandr Lukaşenko Yevgeni Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı çoxsaylı şayiələrə cavab verib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, çoxları faciənin günahını Rusiya prezidentinin üzərinə atmağa çalışır, lakin Priqojinin ölümünün arxasında Vladimir Putin dayana bilməz.

"Mən Putini tanıyıram. O, ehtiyatlı, çox sakit və hətta ləng insandır. O, mürəkkəb məsələlərdə qərarlar qəbul edir. Ona görə də Putinin bunu etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Bu, kobud, qeyri-peşəkar bir işdir”, - deyə Lukaşenko qeyd edib. 

Nuranə Abbasova