Madaqaskarda keçirilən “Hind Okeanı Ada Oyunları”nın açılış mərasimində insanlar Barea stadionuna girməyə çalışarkən izdiham yaranıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 12 nəfər ölüb, 80 nəfər yaralanıb. Təxminən 50 min insan hadisəni izləmək üçün eyni anda stadiona daxil olmağa çalışıb.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə, daha sonra isə 4 ildən bir keçirilən “Hind Okeanı Ada Oyunları”na ada ölkələrindən - Mavriki, Seyşel adaları, Komor Adaları İttifaqı, Mayotta, Reünyon və Maldiv adalarından idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.

Nuranə Abbasova