İtaliyanın şimalındakı Triest şəhəri yaxınlığında ukraynalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Unikal” xəbər verir ki, bu barədə “İl Piccolo” nəşri məlumat yayıb.

Qəza nəticəsində 15 nəfərin xəsarət aldığı, yaralılardan üçünün ağır vəziyyətdə xəstəxanaya aparıldığı qeyd edilir.

Xilasetmə əməliyyatlarına iki tibbi helikopter cəlb olunub. Qəzaya görə Triestə gedən magistral bir neçə saat bağlanıb.