İraqın şimalında baş verən partlayış nəticəsində bir türk əsgəri şəhid olub.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“25 avqust 2023-cü il tarixində “Pəncə-Qala” əməliyyatı zonasına separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan sıravi əsgər Erkan Selçuk xəstəxanaya aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq, Səlcuqun həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilir.