Rusiyanın eks-prezidenti Boris Yeltsin administrasiyasının keçmiş rəhbəri Sergey Filatov vəfat edib.

“Unikal” xəbər verir ki, bu barədə yazıçı və hərbi komissar German Sadullayev Teleqram kanalında məlumat verib.

“Sergey Aleksandroviç Filatov vəfat edib. Yeltsin administrasiyasının keçmiş rəhbəri”, - deyə Sadullayev yazıb. 

Sergey Filatov 1936-cı il iyulun 10-da Moskvada anadan olub. 1990-cı ildə RSFSR xalq deputatı, Rusiya Federasiyası Ali Soveti Respublika Şurasının üzvü seçilib. Bir il sonra o, RSFSR Ali Soveti Rəyasət Heyətinin katibi olub və 1991-ci ilin avqustunda Ağ Evin müdafiəsi üzrə müavin qərargahına rəhbərlik edib.