Niger Fransadan sonra Almaniyanın Niameydəki səfiri Oliver Şnakenberqdən də 48 saat ərzində ölkəni tərk etməsini istəyib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Niger Xarici İşlər Nazirliyinin Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi sənəddə Almaniyanın Niamey Şnakenberqin nazirliyə çağırıldığı, lakin səfirin bu dəvətə cavab vermədiyi bildirilib.

Bu səbəbdən də sənəddə səfir Şnakenberqin görüşünün ləğv edildiyi, onun 48 saat ərzində ölkəni tərk etməsi tələb edildiyi bildirilib.