İspan rəssamı Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso dünyasını dəyişib.

“Unikal” “The Guardian”a istinadən xəbər verir ki, Klod Pikasso İsveçrədə 76 yaşında dünyasını dəyişib.

Klodun vəkili Jan-Jak Noyer ölüm səbəbini açıqlamayıb.

Klod fotoqraf və kinorejissor idi və eyni zamanda 1989-cu ildən bu ilin iyul ayına qədər atasının mirasını idarə edib.