İngiltərədə iki dəfə satılan gənc qız portreti mağazaya geri qaytarılıb.

“Unikal” xəbər verir ki, müştərilər qorxu və təlaş içində tablonu qaytararaq onun “lənətləndiyini” iddia ediblər. Əvvəlcə 25 funta bir qadına satılan portret cəmi 2 gün sonra mağazaya qaytarılıb. O, şəkildən narahat olduğunu deyib. Daha sonra tablonu alan başqa bir qadın da bir neçə gün sonra pulunu istəmədən onu geri qaytarıb. Qadının sözlərinə görə, şəkildəki qızın gözləri hərəkət edir. Mağaza sahibi portreti yenidən satışa qoyub.

O tabloya “İki dəfə satılıb, iki dəfə qaytarılıb. Yəqin ki, lənətlidir” deyə qeyd də yazıb.