Ukraynanın Jitomir vilayətində iki təyyarə toqquşub. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində üç pilot həlak olub.

"Ukrayna Pravda"nın verdiyi məlumata görə, toqquşan təyyarələr L-39 təlim təyyarələr idi. 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti qeyd edib ki, müəyyən hallar və Dövlət Təhqiqat Bürosu tərəfindən aparılan araşdırmalar nəzərə alınmaqla, rəsmi şərh daha sonra veriləcək.

Ağarza Elçinoğlu