Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı 11 gün əvvəl Polşa-Ukrayna sərhədindəki gizli yerdə NATO-nun yüksək rütbəli hərbçiləri ilə hərbi şura keçirib.

 "Unikal" xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Qeyd olunur ki, görüşdə amerikalı general Kristofer Kavoli və Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi Toni Radakin iştirak ediblər.

Görüşün məqsədi Ukraynanın hərbi strategiyasının yenidən formalaşmasına kömək etmək olub. Qərb mənbələrinin məlumatına görə, müzakirələrdən sonra strategiya dəyişib.

Ağarza Elçinoğlu