Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycan xalqına təqdim edən Türkiyənin milli ağırlıqqaldıranı Cansu Bektaşa medalın xüsusi hazırlanmış surətini hədiyyə edib. 

 "Unikal" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb. 

Medal Azərbaycanın Ankaradakı səfirliyində keçirilən təqdimat mərasimində təqdim edilib. 

Mərasimdə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü, vitse-prezidentlər İlker Özkan və Yasin Arslan, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında 3 qızıl medal qazanan milli komandanın məşqçisi Ferhat Coşkun və Cansu Bektaş iştirak ediblər.

Ağarza Elçinoğlu