İtaliyanın paytaxtı Romanın tarixi və turistik yerlərinə siçanlar doluşub.

"Unikal" xəbər verir ki, şəhərin dünyaca məşhur görməli yerlərindən biri olan Kolizey ətrafında görünən siçovullar və onların sosial mediada əks olunan görüntüləri paytaxtda həyəcana səbəb olub.

İtaliya mətbuatında yer alan xəbərlərdə Roma Bələdiyyəsi Ətraf Mühit İdarəsinin xüsusilə Kolizeydə siçovulların göründüyü yerlərdə hərəkətə keçdiyi, bəzi yerlərdə tələlərin qoyulması və zibillərin toplanması işini sürətləndirdiyi qeyd edilib. 

Digər tərəfdən, İtaliya Otelçilər Federasiyası Romadakı vəziyyətin bütün dünya üçün pis nümunə olduğunu bildirib.

İtaliyanın Rainews24 kanalı "Romada romalılardan daha çox siçovul var" başlıqlı xəbərində paytaxtda təxminən 7 milyon siçovulun olduğu təxmin edildiyini bildirib.

Ağarza Elçinoğlu