Rusiyanın Xabarovsk diyarında baş verən yol qəzasında “KamAZ” markalı yük maşını aşıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsi məlumat yayıb.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində beş nəfər həlak olub.

Avtomobildə rayondakı müəssisələrindən birinin işçiləri olub.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.