Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən filmdə rol alacaq daha bir simanın  kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində aktrisa Sarp Akkaya rol alacaq. O, "Ənvər Paşa" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, film 2024-cü ildə izləyicilərə təqdim olunacaq.

Sarp son olaraq "Sıfırıncı gün" serialında rol alıb.