PKK terror təşkilatının rəhbərliyindəki şəxslərdən daha biri zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

Suriyada terror törətməyi planlaşdıran terrorçu qrupların İraqdan Suriyaya keçirilməsinə məsul olan “Doğan” kod adlı Kadri Encuyu Garada zərərsizləşdirilib.