Bazar günü Tacikistanın bir sıra bölgələrində yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

“Unikal” xəbər verir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

“Dünən Vəhdət şəhəri və Rudəki bölgəsində güclü yağışlar nəticəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki rayonunda 2 nəfər həlak olub”, - deyə məlumatda bildirilir. 

Düşənbədə və respublikanın digər rayonlarında yağan güclü yağış yolları su basmasına və sel sularına səbəb olub. 

Nuranə Abbasova