Avqustun 30-na keçən gecə nadir astronomik hadisə - Super Mavi Ay hadisəsi baş verəcək.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, artıq bir ayda ikinci dəfə baş verəcək nadir hadisə zamanı Ay öz ölçüsündən daha böyük və parlaq görünəcək. Vizual olaraq Ay diski digər mövqeləri ilə müqayisədə cəmi 7% böyüyür.

Astronomların fikrincə, avqustun 30-da baş verəcək Super Mavi Ay hadisəsi zamanı Ay öz orbitinin tam mərkəzində - perigeydə olacaq.

Bu hadisə növbəti dəfə 2024-cü ildə təkrarlanacaq. 

Nuranə Abbasova