İtaliyanın Pordenone əyalətində qəribə oğurluq hadisəsi baş verib.

“Unikal” “Gazettino”ya istinadən xəbər verir ki, evdə dəyərli heç nə tapmayan oğrular üzrxahlıq məktubu yazaraq mənzili tərk ediblər. Məktubda “Bağışlayın, amma pulumuz yoxdur və yemək yeməliyik. Ancaq görürəm ki, sizdə də heç nə yoxdur” yazılıb. 

Mənzil sahibi hüquq-mühafizə orqanlarına müraciət edib. 

Hazırda oğrular axtarılır. 

Nuranə Abbasova