Braziliyanın Bahia əyalətində 3-ü uşaq olmaqla 9 nəfərin yanmış meyiti tapılıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, meyitlərin Ədliyyə Tibb Mərkəzinə aparılacağı və şəxsiyyətlərinin müəyyən ediləcəyi bildirilir.

Hadisənin narkotik alverçiləri arasında münaqişə və mübahisə nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb. 

Nuranə Abbasova