Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan əməliyyat olunub.

“Unikal” erməni mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişində bəzi fəsadlar yaranıb.

Belə ki, narkozun təsirindən ayılan spikerin səhhəti pisləşib. Həkimlər anesteziyanın mənfi təsirlərini aradan qaldırmaq üçün Simonyana sakitləşdirici iynələr vuraraq onu yatmağa məcbur ediblər. 

*** 10:38

Ermənistan parlamentinin spikeri Alen Simonyan əməliyyat olunur.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə yayılan görüntülərdən sonra spikerin mətbuat katibi Tsovinar Xaçatryan təsdiqləyib. 

"Əlində problem var və indi iki müxtəlif əməliyyat keçirəcək", - mətbuat katibi bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Alen Simonyan yıxılaraq qolunu zədələmişdi. Hadisədən sonra o, əməliyyat olunub.

Ağarza Elçinoğlu