Bu il Ukraynada prezident seçkiləri olmayacaq.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak "1+1" telekanalına müsahibəsində deyib.
“Prezident bu məsələdə bir qədər ehtiyatlıdır. Bu il dəqiq seçkilər olmayacaq", - deyə Podolyak bildirib.
Bundan əvvəl Volodimi Zelenski bildirmişdi ki, ölkədəki hərbi vəziyyət prezident seçkilərinin keçirilməsini istisna edir.
Nuranə Abbasova