““Vaqner”in yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı Kremldə heç bir məlumat yoxdur”.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Vladimir Putinin Priqojinin dəfnində iştirak etməyəcəyini deyib: 

“Prezidentin dəfndə iştirakı nəzərdə tutulmayıb. Dəfnlə bağlı konkret məlumatımız yoxdur”, – deyə Peskov bildirib.

Qeyd edək ki, avqustun 27-də Tver vilayətində təyyarə qəzasında ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Onlar arasında Priqojin də var.

Nuranə Abbasova