Ukraynada böyük qaz yatağı kəşf edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Ukrgasdobycha" şirkəti məlumat yayıb. 

İlkin hesablamalara görə, onun ehtiyatları milyard kubmetrə çata bilər. Təxminən dörd kilometr dərinlikdə olan quyunun sınağı sıfırdan aparılıb, avqust ayında uğurla başa çatıb. Qazmadan əvvəl mütəxəssislər 3D seysmik tədqiqat aparıblar.

Ağarza Elçinoğlu