Fransanın İraqda xüsusi təyinatlı qüvvələrdə xidmət edən hərbçisi Nikolas Mazier əməliyyat zamanı güllələnib. 

"Unikal" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, daha 4 əsgər yaralanıb.  

Fransa Baş Qərargahı açıqlayıb ki, əməliyyat terror qruplaşmasının paytaxt Bağdadın təxminən 100 kilometrliyində İraq ordusuna hücumundan sonra həyata keçirilib. 

Qeyd olunub ki, son iki həftədə İraqda 3 fransız əsgəri həlak olub.

Ağarza Elçinoğlu