Moskvanın mərkəzindəki Komsomolskaya meydanındakı 1500 kvadrat metr sahədə anbarlarda yanğın olub.

"Unikal"ın xəbərinə görə, fövqəladə hallar xidməti hadisə yerinə yanğınsöndürən qatarın gəldiyini bildirib.

Yanğınsöndürmə işlərinə 70-dən çox canlı qüvvə, 27 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub.