Ermənistan ordusunun hərbi hissələrindən yeməklərin keyfiyyəti və təchizatla bağlı şikayətlər səngimir. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən günlərdə orduda qidadan kütləvi şəkildə zəhərlənmə hadisələri baş vermişdi. 

Erməni hərbçilərin sözlərinə görə, indi də qida problemləri demək olar bütün hərbi issələri bürüyüb: "Qida hər yerdə problemdir. Həftədə yarım kilo kolbasa verirlər, o da 11 nəfər arasında bölünməlidir. Necə bölmək olar? Ya da konservləşdirilmiş ət gətirirlər. Açırsan, içində bibərli sıyıq çıxır. Çoxlu şikayətlər var. Müfəttişlər gəlir, qanun pozuntularını qeyd edib gedirlər".

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi açıqlayıb ki, qidanın keyfiyyəti ilə bağlı şikayətlər var, yoxlamalar aparılır. 

Qeyd edək ki, Ermənistanın 19 TIR-dan ibarət humanitar yardımı Qarabağa məhz Laçın dəhlizi ilə keçirməyə çalışır. Öz ordusunda təchizat qıtlığı olan Paşinyan rejimi sözügedən humanitar yardımları Ermənistan ordusuna göndərsə, daha yaxşı olar. 

Ağarza Elçinoğlu