Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya doğum günü münasibətilə təbrik məktubu göndərib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Putin təbrik məktubunda bildirib ki, onların dövlətləri birlikdə istənilən çətinliyin öhdəsindən gələ bilərlər.

Rusiya lideri yazıb ki, onunla belarus siyasətçisi arasında yaradılmış qarşılıqlı anlaşmanı səmimiyyətlə qiymətləndirir.

“Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və çoxşaxəli Rusiya-Belarus əməkdaşlığının, o cümlədən İttifaq dövləti formatında daha da genişlənməsini təmin edə biləcəyik”, - məktubdA deyilir.

Putin həmçinin Lukaşenkoya cansağlığı, xoşbəxtlik, rifah və dövlət fəaliyyətində uğurlar arzulayıb. 

Nuranə Abbasova