Rusiya Federasiyası İstintaq Komitəsinin Bryansk vilayətindəki istintaq idarəsinin binasında partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb. 

İlkin məlumata görə, itki yoxdur: "Bu gün Bryansk səmasında 4 pilotsuz uçuş aparatı vurulub. Onlardan birinin məhv edilməsi nəticəsində İstintaq Komitəsinin Bryansk vilayəti üzrə İstintaq İdarəsinin binasının şüşələri sındırılıb".

Ağarza Elçinoğlu