Braziliya Rusiyaya "Vaqner" özəl hərbi şirkətin qurucusu Yevgeni Priqojinin biznes-jetinin qəzasını birgə araşdırmağı təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. 

Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinin açıqlamasına görə, təyyarə Braziliya şirkəti tərəfindən istehsal edilib, lakin Moskva sübutları təkbaşına öyrənmək qərarına gəlib. 

Eyni zamanda, qeyd edilib ki, Rusiya tərəfi Braziliya ilə əməkdaşlığa razılıq verməyə borclu deyil.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi Embraer Legacy təyyarəsi qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyi qəzaya uğrayan təyyarənin sərnişinləri arasında sahibkar Yevgeni Priqojin və Dmitri Utkinin olduğunu bildirib.

Ağarza Elçinoğlu