Rusiya ordusunda təlim və motivasiya olmaması səbəbindən Ukraynaya qarşı döyüşməkdən imtina yüksək səviyyədədir.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı açıqlayıb.
Məlumata görə, fərarilər yeni səfərbər olunanlarla əvəzlənir: "Avqustun 25-də hərbi məhkəmə iki rus əsgərini Ukrayna cəbhəsinə qayıtmaq əmrinə tabe olmadıqları üçün ən azı iki il müddətinə azadlıqdan məhrum edib".
Qeyd olunub ki, Rusiya həftədə 100-ə yaxın əsgəri döyüşməkdən imtina etdiyinə görə cəzalandırır: "Bu tendensiya davam edərsə, hər il döyüşməkdən imtinaya görə təxminən 5200 məhkum olacaq".
Ağarza Elçinoğlu