Qabonda dövlət çevrilişi liderləri dövlət televiziyası vasitəsilə bildiriblər ki, prezident Əli Bonqo Ondimba ev dustaqlığındadır.

“Unikal” “France 24”ə istinadən xəbər verir ki, hərbçilərin bəyanatında "Prezident Əli Bonqo ailəsi və həkimlərinin əhatəsində ev dustaqlığındadır" deyilib. 

Bundan başqa, prezidentin oğullarından biri vətənə xəyanətdə ittiham olunaraq həbs edilib. Hökumətin digər üzvləri də müxtəlif ittihamlarla həbs edilib.

Nuranə Abbasova