Yaponiyada zədələnmiş Fukusima AES-dən okeana suyun buraxılmasının təhlükəsiz olmasını sübut etmək üçün ölkənin baş naziri Fumio Kişida nahar zamanı radioaktiv tullantıların atıldığı prefekturada tutulduğu iddia edilən dəniz məhsullarını yeyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Kişida balığın təhlükəsiz olduğunu sübut etməyə çalışıb.

Kişida "balıq əlbəttə ki, qeyri-adi, xırtıldayan və çox dadlıdır" deyə reaksiya verib. 

Yaponiyanın hazırda okeana axıtdığı atom elektrik stansiyalarının suyu reaktorları soyutmaq üçün istifadə olunur. Hadisədən dərhal sonra Çin yapon dəniz məhsullarını idxal etməkdən imtina edib.

Nuranə Abbasova