Xəbər verdiyimiz kimi, Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup yüksək rütbəli hərbçi “Qabon 24” televiziya kanalında çıxış edərək administrasiyanı ələ keçirdiklərini açıqlayıb. 

“Unikal” xarici  mediaya istinadən xəbər verir ki, bu hadisədən sonra minlərlə qabonlu küçələrə axışaraq çevrilişi bayram ediblər. 

Qabon hərbçilərinin bəyanatımnda “Biz Qabon xalqı adından sülhü qorumaq üçün mövcud rejimə son qoymaq qərarına gəldik” deyilib. 

2009-cu ildən hakimiyyətdə olan Əli Bonqo Ondimba avqustun 26-da keçirilən seçkilərdə 64,27 faiz səslə qalib gəlib. 

Nuranə Abbasova