Rusiya Mədəniyyət Nazirliyinin departamentinin keçmiş direktoru Boris Mazo 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Mazo 600 min rubl həcmində cərimə də olunub. 

Xatırladaq ki, Mazo Ermitajdan milyonlarla dollar mənimsəməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, 2015-ci ildə mədəniyyət nazirinin keçmiş müavini Qriqori Pirumovun rəhbərlik etdiyi, tərkibində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Əmlakın İdarə Edilməsi və İnvestisiya Siyasəti Departamentinin direktoru Boris Mazo və “Rospan” şirkətlər qrupunun rəhbəri Nikita Kolesnikov da daxil olmaqla mütəşəkkil dəstə 916 milyon rubldan çox pul mənimsəyib. 

2016-cı il martın 16-da Moskvanın Lefortovo Rayon Məhkəməsi Boris Mazonun həbsi barədə qərar çıxarıb.

2021-ci ilin martında Boris Mazo Vyanadan Moskvaya ekstradisiya edilib.

Nuranə Abbasova