G20 sammitinin nümayəndələrini aqressiv rezus meymunlarından qorumaq üçün Yeni Dehli şəhər rəsmiləri şəhərdə lanqur meymunlarının karton fiqurlarını quraşdırmağa başlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

"Makakalar langurlardan qaçırlar, ona görə də karton fiqurlar onları qorxuda bilər. Etibarlılıq üçün bu meymunların qışqırıqlarını 40 xüsusi muzdlu işçi təqlid edəcək. Makakaları aldatmaq mümkün olmadıqda, mütəxəssislər əlavə qorunma üsulları üzərində işləyirlər", - deyə məlumatda qeyd olunub. 

Bu qeyri-adi tədbirlər meymunları sammit üzvlərinin yerləşdiriləcəyi oteldən uzaq tutmaq üçün təşkil olunacaq.

Ağarza Elçinoğlu