İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bəndər-Məxşəhr şəhərində “Ghadir Petrochemical Co” neft-kimya zavodunda partlayış baş verib.

“Unikal” xəbər verir ki, bu barədə şəhərin prefekti Fereydun Bəndəri bildirib. Onun sözlərinə görə, partlayışda ölən yoxdur. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

Nuranə Abbasova