“Fukusima AES-dəki vəziyyətlə bağlı Yaponiya hakimiyyətinə dəstək verən amerikalı siyasətçilər həmrəylik əlaməti olaraq atılan radioaktiv suyu içə bilərlər”.

“Unikal” xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Mənə elə gəlir ki, Yaponiyanı bu məsələdə dəstəkləyən amerikalı siyasətçilər həmrəylik nümayiş etdirə və onun təhlükəsizliyinə tam arxayın olaraq buyurub bu suyu içə bilərlər”, - deyə Zaxarova bildirib. 

Zaxarovanın sözlərinə görə, Yaponiyada belə suyun təhlükəsiz olduğunu təkid edən siyasətçilər nədənsə onu içməkdən imtina ediblər. Diplomat qeyd edib ki, bu, ABŞ-ın mütəmadi olaraq etdiyi açıq-aşkar siyasiləşdirməyə gəldikdə baş verir.

Qeyd edək ki, avqustun 24-də Yaponiyanın “Tokio Electric Power” (TEPCO) şirkəti “Fukusima-1”dən radiasiyadan təmizlənmiş suyun ilk partiyasını okeana axıtmağa başlayıb. 

Nuranə Abbasova