2 PKK terrorçusu Türkiyə sərhədçilərinə təslim olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Ordusunun qərarlı əməliyyatları nəticəsində Şimali İraqdakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd məntəqəmizə təslim olub.

Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır!", - nazirliyin məlumatında deyilir.