Almaniya hökuməti Ukraynaya daha bir hərbi yardım paketini verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yardım paketinə 10 ədəd “Leopard 1A5” döyüş tankı, 1 ədəd “TRML-4D radar qurğusu, kəşfiyyat üçün 16 pilotsuz kompleks cihazı, dörd HX81 tank daşıyıcısı və 13 milyondan çox silah sursat daxildir.

Hökumətin məlumatına görə, silah təchizatı Almaniya təhlükəsizlik fondları tərəfindən maliyyələşdirilən sənaye ehtiyatlarından edilib.