Honkonqun Lantau adasında uşaqları daşıyan məktəb avtobusu ilə ikimərtəbəli şəhər avtobusu toqquşub. Nəticədə məktəbliləri daşıyan avtobus ağaca çırpılıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, azı 37 nəfər xəsarət alıb. Onlardan üçünün – sürücü və 2 şagirdin vəziyyəti ağırdır.   

Bütün zərərçəkənlər tibb müəssisələrinə çatdırılıb, onlara yardım göstərilib.

Qəzanın səbəbi barədə hələlik məlumat verilmir. 

Nuranə Abbasova