Belarus prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələrin “Vaqner” özəl hərbi şirkətinin (PMC) ölkə ərazisindən çıxarılması ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Belarus lideri bu hərəkətlərinə görə onları axmaq adlandırıb.
"Eyni zamanda, onlar özləri hərbi büdcələri artırır, böyük hərbi birləşmələri sərhədlərimizə çəkirlər", - prezident bildirib.
Lukaşenko vurğulayıb ki, bu halda Polşa və Baltikyanı ölkələr də bütün xarici hərbçiləri çıxarmalıdır: "Bu arada bunlar ağılsız və axmaq tələblərdir".
Ağarza Elçinoğlu