Norveç Malidəki səfirliyini bağlayıb.
“Unikal” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bu qərarı BMT-nin Malidəki sülhməramlı missiyasının geri çəkilməsi fonunda ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqələndirib.
Qeyd olunur ki, bağlanan diplomatik nümayəndəlik həm də Norveçin Burkina-Faso, Mavritaniya, Niger və Çaddakı nümayəndəliyi olub.
Nuranə Abbasova