Türkiyə və Rusiya xarici işlər nazirləri Cənubi Qafqazda baş verən hadisələri müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdən əvvəl bildirib.

O, həmçinin Sergey Lavrovla Qara dəniz taxıl dəhlizinin bərpası və Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh yolu ilə başa çatdırılması məsələlərinin də gündəmdə olduğunu qeyd edib.

xxx

16:31

Rusiyanın paytaxtı Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb.

“Unikal” xəbər verir ki, XİN rəhbərləri gündəmdəki məsələləri, xüsusilə taxıl sazişinin gələcəyini və Ukraynadakı münaqişələri müzakirə edəcək: "Taxıl razılaşmasına alternativ layihə müzakirə olunacaq". 

Nazirlər daha sonra birgə mətbuat konfransı keçirəcəklər. 

Nuranə Abbasova