Rusiya prezidenti Vladimir Putin 30 məktəblinin iştirak edəcəyi "Vacib olanlardan danış" adlı açıq dərs keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Sentyabrın 1-də Rusiya Federasiyasının Prezidenti Putin "Rusiya – Fürsətlər Yurdu" platformasının layihələri çərçivəsində beynəlxalq olimpiada və yarışların qalibi olan 30 məktəblinin iştirak edəcəyi "Vacib olanlardan danış" adlı açıq dərs keçirəcək", -məlumatda deyilir.
Bundan əlavə, həmin gün prezident videobağlantı vasitəsilə Rusiyanın yeni regionlarında beş yeni məktəbin açılış mərasimində iştirak edəcək.
Ağarza Elçinoğlu